“Dəhşətli “müharibə” sözünün hər bir ukraynalının həyatına daxil olmasından artıq bir ay keçir. Bu gün rus qoşunlarının Ukrayna ərazisini işğal etməsindən düz bir ay ötür. Minlərlə ölü günahsız insan, on minlərlə yaralı… Doğma şəhərlərimiz, həyatlarımız dağıdılıb, dəhşətli sayda uşaq həlak olub. Bu, pis yuxu və ya distopik ssenari deyil – bu, barışması mümkün olmayan reallıqdır”.
Bu sözləri məşhur ukraynalı müğənni Svetlana Loboda öz “İnstagram” səhifəsində yazıb. Müharibənin dəhşətli görüntülərini əks etdirən video paylaşan müğənni daha sonra qeyd edib:
“Ukrayna hərbçiləri, sadə insanlar, öz canları bahasına ölkənin müdafiəsinə qalxan hər kəs sübut edir ki, Ukrayna heç vaxt təslim olmayacaq və dünyada heç bir ordu onu sındıra bilməz! Əsgərlərimiz, xalqımız və dünyamız qarşısında baş əyirik!”
Loboda xatırladıb ki, yaxın qohumları, o cümlədən atası, nənəsi hələ də Kiyevin yaxınlığındakı kənddə yaşayır:
“Yazdıqca göz yaşlarımı saxlaya bilmirəm. Ən böyük fiziki pislik ölümdür. Ən böyük mənəvi pislik müharibədir. Bu gün nə qədər qorxulu olsa da, dünya sabahımızdır!”
Follow @7timesaz