Dünya

Dünyada ilk: Venesiyaya giriş pullu olacaq

Dünyada ilk: Venesiyaya giriş pullu olacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2023-cü ilin yanvarından İtaliyanın Venesiya şəhəri ziyarətçilərdən giriş haqqı almağı planlaşdırır. Bu, dünyada belə bir qayda tətbiq edən ilk şəhər olacaq.

Bu barədə cümə günü Venesiya Şəhər Şurası məlumat yayıb.

Venesiya Şəhər Şurasının cümə axşamı qəbul etdiyi qərara əsasən, 2023-cü il yanvarın 16-dan etibarən şəhərə giriş ödənişli olacaq və mövsümdən asılı olaraq 3 avrodan 10 avroya qədər təşkil edəcək.

Həmçinin şəhərdə turistləri dayandırmaq və onlardan giriş üçün ödənişi təsdiqləmələrini tələb etmək haqqına sahib olan səlahiyyətli müfəttişlər olacaq. Qanun pozuntusu halında Venesiya ziyarətçilərini cərimə gözləyir.

Yığılan vəsait Venesiyada zibillərin yığılması xərclərinin azaldılmasına sərf olunacaq ki, şəhərdə bu kommunal xidmətin qiyməti İtaliyanın digər yerlərindən bahadır.

Eyni zamanda Venesiyaya bir gecəlik gələn turistlər, şəhər sakinləri, eləcə də onların qonaqlarının giriş haqqını ödəməsi məcburi olmayacaq – bunun üçün onlar xüsusi platformadan (2022-ci ilin sonuna qədər hazır olacaq) sertifikat yükləyə biləcəklər.

“(Təşəbbüsün məqsədi) ilin müəyyən vaxtlarında bir günlük turizmin qarşısını almaq və şəhərin zərifliyinə və unikallığına uyğun olaraq çoxgünlük turizmi təşviq etməkdir”, – deyə Venesiya Şəhər Şurasından açıqlama verilib.