Böyük Britaniyada sahiblərinin öz ev heyvanlarına videozəng edə bilmələri üçün qeyri-adi cihaz hazırlayıblar.
7times.az xarici mediaya istinadən xəbər verir ki, cihaz adi top şəklində hazırlanıb. Ona “DogPhone” adı verilib.
Topun içində bir akselerometr (müvafiq təcili ölçən qurğu) qurulur və o, götürüldükdə qurğu işə salınır. Ev heyvanı sahibinə videozəng etmək üçün topa oxşayan cihazla oynamağa başlamalıdır.
Tərtibatçılar qeyri-adi cihazı üç ay ərzində sınaqdan keçiriblər. “Sınaqçı” rolunu Zak adlı it oynayıb. Testlər zamanı it videozəng vasitəsi ilə sahibini tanımağa başlayıb, həm də qurğu ilə oynayıb.
Qeyd olunur ki, itlər üçün smartfonun hazırlanması bir çox ev heyvanı sahiblərə kömək edəcək. Çünki onların ev heyvanlarına yaxın olması mümkünləşəcək. Xüsusilə ofis şəraitində işləyən insanlar öz sevimli heyvanlarına nəzarət edə biləcəklər. Bundan başqa ev sahibinə alışmış heyvanlar onun uzun müddət yoxluğunda stress yaşamayacaqlar. KONKRET.az
Follow @7timesaz