Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 338 mindən çox artıb.
7times.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Məlumata əsasən, ötən sutka ərzində 338 779 nəfər yeni koronavirusa yoluxub, 5 514 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 36 002 827, ölənlərin isə 1 049 810 nəfərə çatıb.
Ən çox yoluxma və ölüm halları sutka ərzində Cənubi və Şimali Amerikada qeydə alınıb – 112 715 yoluxma və 2 785 ölüm halı.
İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada sutkada yoluxanların sayı 96 996 nəfər çatıb. Üçüncü yerdə isə Cənub-Qərbi Asiya regionu qərarlaşıb – 89 674 nəfər.
Ölənlərin sayına görə ikinci yerdə Cənub-Şərqi Asiya (1158), üçüncü yerdə Avropa (944) qərarlaşıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.
Follow @7timesaz