Dünya

Dünyada koronavirusa yoluxanların sayı 27 milyonu ötdü

Dünyada koronavirusa yoluxanların sayı 27 milyonu ötdübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 27 milyon nəfəri ötüb.

7times.az xəbər verir ki, bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 27 002 224 nəfər çatıb. Onlardan 882 053 nəfəri ölüb,18 054 580 nəfəri isə sağalıb.

Bildirilir ki, ən çox yoluxma halları ABŞ-da (6 275 614), Braziliyada (4 137 521) və Hindistanda (4 113 811) qeydə alınıb.