Dünya

“Dünyada məzlumları qoruyacaq, zalımları dayandıracaq bir mexanizm yoxdur” – Ərdoğan

“Dünyada məzlumları qoruyacaq, zalımları dayandıracaq bir mexanizm yoxdur” – Ərdoğanbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada məzlumları qoruyacaq, zalımları dayandıracaq bir mexanizm yoxdur.

7Times.az  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Albaraka İslam Maliyyə Sammitində çıxış edərkən deyib.

Ərdoğan İsrailin Qəzzada törətdiyi kütləvi qırğınların qlobal nizamın acizliyini ortaya qoyduğunu bildirib:“Beynəlxalq sistemdə tarazlıq itib, qeyri-müəyyənlik artıb. İsrailin Qəzzaya hücumları dünyada asayişin qorunmasına cavabdeh olan strukturların, xüsusən də BMT Təhlükəsizlik Şurasının ədalətsiz və təhrif edilmiş xarakterini bir daha ortaya qoyub. Qəzzada günahsız insanlar vəhşicəsinə qətlə yetirilirsə və Aralıq dənizi qaçqın qəbiristanlığına çevrilirsə, heç kim özünü təhlükəsiz hiss edə bilməz”.