Ölkə

“Dünyada olmayandan sonra demək lazım deyil ki, Afaq da yaxşı sənətkar idi, heyf ondan…”

“Dünyada olmayandan sonra demək lazım deyil ki, Afaq da yaxşı sənətkar idi, heyf ondan…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Yaşar Nuridən, Telman Adıgözəlovdan, Hacıbaba Bağırovdan bir daha gəlməyəcək. Onlar səviyyəsində aktyor yoxdur. Olmayacaq da. Sənətlərinin gücünə, sehrinə baxın ki, yoxdurlar, amma onlardan danışılır. Demək ki, vardırlar! Onların və digər sənətkarların yoxluğu çox görünür. Sənətimiz günü-gündən ucuzlaşır, cılızlaşır. Biz görəsən niyə belə olduq? Niyə bu qədər etinasız münasibət var bizlərə qarşı? İnsanlara, sənətkarlara sağlığında qiymət vermək lazımdır, dünyada olmayandan sonra demək lazım deyil ki, Afaq da yaxşı sənətkar idi, heyf ondan”.
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Afaq Bəşirqızı deyib. Sənətkar daha sonra gənclərdən danışıb.
“Gənclərin tələbə yaşlarından seriallarda, filmlərdə çəkilməsinin əleyhinəyəm. Onlar hələ 1-ci kursda öyrənirlər, necə sənət nümayiş etdirə bilərlər? Körpə uşağa düyü versən boğazında qalar, onu həzm edə bilməz, tələbə də körpə uşaq kimidir. Burada peşəkarlıqdan söhbət gedə bilməz. Onsuz da onlar çəkiləcək də, qoy öyrənsinlər, sonra da çəkilsinlər də. Bir də bir neçə aktyor var idi ki, bəyənirdim, izləyirdim, amma onları televiziyalardakı ucuz komediya verilişlərində görəndən sonra gözümdən düşdülər. O plankanı sona qədər saxlaya bilmədilər. Əksəriyyəti elədir. Bu sənətə gələndə fikirləşməlidirlər ki, aktyorluqda pul yoxdur. Pula görə incəsənəti seçmək düzgün deyil. Düzdü, maddiyat indiki zamanda çox önəmlidir, amma sənəti bayağılaşdırmaq da olmaz. Gülüş də ucuzlaşıb. Tamaşaçı baxdığı anda gülə bilər, amma sonra gedib fikirləşəcək ki, “Mən nəyə güldüm?”. Bayağı, ucuz gülüşlərin yaranmasının əleyhinəyəm, səhnədə əsl sənətkar görmək istəyirəm”, – deyə o bildirib.
“Afaq xanım, bir neçə gün öncə Yaşar Nurinin xanımı saytımıza müsahibəsində Mədəniyyət Nazirliyinin onlarla maraqlanmadığını deyib, Yaşar Nurinin yubileyinin keçirilməsini istəmişdi. Siz bu haqda nə deyə bilərsiniz” sualına isə sənətkarın cavabı qısa olub.
“Təbii ki, sənətkarların yubileyi dövlət səviyyəsində qeyd edilməlidir və yəqin ki, bununla bağlı sərəncam veriləcək. Həm də axı indi pandemiyadır, teatrlar, kinoteatrlar hamısı qapalıdır. Bir də Yaşar Nurini əgər “var” kimi göstərəcək bir rejissor olarsa, əlbəttə ki, yubileyinin keçirilməsinin tərəfdarıyam”, – deyə sənətkar bildirib.