2022-ci ilin birinci rübündə dünya üzrə smartfon satışlarında 8,9 faiz azalma qeydə alınıb.
Sfera.az Beynəlxalq Məlumat Korporasiyasının (International Data Corporation) açıqladığı məlumata istinadən xəbər verir ki, smortfon satışları 2021-ci ilin birinci rübü ilə müqayisədə 30,68 milyon ədəd azalaraq 314,1 milyon ədəd olub.
Korporasiyanın direktoru Nabila Popal qeyd edib ki, tədarük və logistika çətinlikləri ilə əlaqədar, eyni zamanda ötən il tələbatın böyük olması səbəbindən azalmanı gözləyirdilər. Amma o azalmanın bu dərəcədə yüksək olacağını proqnozlaşdırmadıqlarını söyləyib.
Direktor bildirib ki, smartfonlara tələbin azalması dünyanın əksər yerlərində, xüsusən də Avropada və Çində qeydə alınıb. Onun sözlərinə görə, azalma yüksək qiymət artımları, iqtisadiyyatlardakı qeyri-sabitlik səbəbindən baş verib.
Popal bildirib ki, Mərkəzi və Şərqi Avropada smartfon satışları 20 faiz, Çin və Asiya-Sakit 12, 3 faiz azalıb.
Follow @7timesaz