Amerikanın “Foreign Policy” jurnalı 2022-ci ildə silahlı münaqişənin başlaya biləcəyi “barıt çəlləkləri”nin siyahısını hazırlayıb.
7Times.az Modern.az-a istinadən xəbər verir ki, Efiopiya bu siyahıya federal hökumətlə Tiqrayın Azadlığı Uğrunda Xalq Cəbhəsi qüvvələri arasında baş verən toqquşmalara görə daxil edilib. Afrikadakı potensial müharibələr qitədəki müxtəlif radikal islamçı hərəkatlar tərəfindən də baş verə bilər.
Tayvan bölgəsində və ya Cənubi Çin dənizində ABŞ və Çin arasında gərginlik artdıqca, ərazi böyük müharibənin başlanğıc nöqtəsinə çevrilmək riski daşıyır. 2001-ci ildə iki ölkənin təyyarələri toqquşduqda, vəziyyəti nizamlamaq üçün aylarla intensiv diplomatik təmaslar lazım olmuşdu. Hazırkı şəraitdə bu, daha çətin iş olacaq.
Növbəti münaqişə isə Vaşinqton və Tehran arasındabaş verə bilər – nüvə danışıqlarının uğursuzluğu ABŞ üçün acı həb olacaq. Jurnalın müşahidəçiləri proqnozlaşdırırlar ki, İran uranı zənginləşdirməyə davam edəcək və güclü kütləvi qırğın silahları yaratmaq imkanı əldə edəcək.Bundan sonra Amerika və İsrail Tehranın nüvə potensialını zəiflətmək üçün ölkə ərazisinə hava zərbələri endirməli olacaqlar.
Bundan əlavə, nəşr NATO-nun Şərqi Avropaya genişlənməsi və Şimali Atlantika Alyansının hərbi inkişafı ilə əlaqədar Ukraynanı siyahıya əlavə ediblər.
Son zamanlar Qərb mətbuatı Rusiyanın Ukrayna ilə bağlı “işğal”a hazırlaşması barədə mütəmadi olaraq xəbərlər dərc edir. Moskva dəfələrlə Kiyevə qarşı təcavüz hazırlamaq ittihamlarını rədd edib.
Follow @7timesaz