İdman

Dünyanın bir nömrəli tennisçisi titulunu qorudu

Dünyanın bir nömrəli tennisçisi titulunu qorudubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşalı tennisçi İqa Sventek şənbə günü Fransa Açıq çempionatının (Rolan Qarros) final matçında çexiyalı Karolina Muxovaya qalib gəlib.

Yarışlar Parisdə keçirilib.

Görüş 6:2, 5:7, 6:4 hesabı ilə dünya reytinq cədvəlində ilk sırada qərarlaşan polşalının xeyrinə başa çatıb.

Bununla da, Sventek ardıcıl ikinci dəfə Rolan Qarrosu qazanıb. Hazırda onun turnirdə üç qələbəsi var (2020, 2022, 2023).

Ümumilikdə Polşa təmsilçisi dörd Böyük Dəbilqə turnirinin qalibi olub. (2022-ci ildə ABŞ Açıq kubokunu qazanıb).