Dünya

Dünyanın ən nüfuzlu yəhudilərinin reytinqi açıqlanıb

Dünyanın ən nüfuzlu yəhudilərinin reytinqi açıqlanıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin “Jerusalem Post” qəzeti dünyanın ən nüfuzlu yəhudilərin reytinq siyahısını tərtib edib.

APA-nın Rusiya bürosu xəbər verir ki, siyahıda birinci yerdə amerikalı iş adamı, “OpenAI” şirkətinin baş direktoru Sem Altman, ikinci yerdə İsrailin baş naziri Benyamin Netanyahu, üçüncü yerdə isə ABŞ dövlət katibi Entoni Blinken qərarlaşıb.

Siyahıda Rusiyanın “Vaqner” Özəl Hərbi Şirkətinin rəhbəri, bir müddət əvvəl helikopter qəzasında ölən iş adamı Yevgeni Priqojin sonuncu, 52-ci yerdə qərarlaşıb.

Rusiyadan dünyanın nüfuzlu yəhudiləri siyahısına iş adamı Roman Abramoviç də düşüb.

Ötən il Ukrayna Prezidentii Vladimir Zelenskini ilin ən nüfuzlu yəhudiləri siyahısına daxil edilsə də, bu dəfə onun adı qeyd edilməyib.

Onu da qeyd edək ki, “Jerusalem Post” dünyanın nüfuzlu yəhudilərinin reytinqi hər il yəhudilərin Yeni ili münasibətilə dərc edir.