Britaniyalı fizik, kosmoloq və astronom Stiven Hokinqin ölümündən sonra onun xəbərdarlıqları gündəmdə qalmaqda davam edir. Dövrün ən çox danışılan elm adamlarından biri olan Hokinqin irəli sürdüyü qiyamət ssenarisi yenidən gündəm olub.
7Times.az Qaynarinfo.az-a istinadən bildirir ki, Stiven Hokinq vaxtı ilə alimlərin yerdən yadplanetlilərə ünvanlar göndərmək səylərinin sonunda fəlakətli olacağını bildirib.
Hətta Hokinq qiyamətlə bağlı etdiyi çıxışda elm adamlarına xəbərdarlıq edərək, yadplanetlilərlə ünsiyyətin bəşəriyyət üçün dəhşətli nəticələri ola biləcəyini bildirib.
Qeyd edək ki, bir müddət öncə elm adamları kişi və qadının çılpaq fiqurunu kosmosa proyeksiya edərək insanların hansı quruluşa malik olduqları barədə fikir ötürməyə çalışıblar. Alimlər artıq tədqiqatın ikinci mərhələsinə keçmək üçün hazırlığa başlayıb. Belə ki, elm adamları yerin kosmosdakı mövqeyini əks etdirəcək və yadplanetlilərin Yerin koordinatlarını müəyyən edə bilməsi üçün onlarla ünsiyyət qurulmasını gözləyəcəklər.
Follow @7timesaz