Dünya

Duqinin qızını Ukrayna kəşfiyyatı öldürüb – SBU ABŞ MKİ ilə hansı əməliyyatları planlaşdırıb?

Duqinin qızını Ukrayna kəşfiyyatı öldürüb – SBU ABŞ MKİ ilə hansı əməliyyatları planlaşdırıb?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Təhlükəsizlik Xidməti (SBU) ötən ilin avqustunda Moskva vilayətində Ukraynaya qarşı təcavüzün ideoloqu Aleksandr Duqinin qızı Dariyanın ölümü ilə nəticələnən partlayışın təşkilatçısı olub.

7Times.az  xəbər verir ki, bu barədə “The Washington Post” Ukraynadakı mənbələrə istinadən Ukrayna xüsusi xidmət orqanlarının məxfi əməliyyatlarına və onların ABŞ kəşfiyyat orqanları, o cümlədən MKİ ilə əməkdaşlığına həsr olunmuş irihəcmli məqaləsində bildirilir.

Məqalədə deyildiyi kimi, sui-qəsdin hədəfi Aleksandr Duqinin özü olub, qızı təsadüfən dünyasını dəyişib. Nəşrin ukraynalı həmsöhbətləri isə onu günahsız qurban hesab etmirlər və onun da açıq şəkildə müharibəni dəstəklədiyini qeyd edirlər.

Partlayıcı qurğunun hissələrinin 12 yaşlı qızı ilə Rusiyaya daxil olan ukraynalı qaçqın Natalya Vovkun baqajında olan pişik daşıyıcısında gətirildiyi iddia edilir. Vovkun adı Duqina işi ilə bağlı Rusiya istintaq orqanlarının hesabatlarında yer alıb. Məqalədə onun partlayışda bilavasitə əli olub-olmadığı barədə məlumat verilmir. Mənbələr onun indi harada olduğunu da söyləməyiblər – o, Duqinanın ölümündən qısa müddət sonra Rusiyanı tərk etməyi bacarıb.

Məqalədə adı çəkilən SBU-nun, eləcə də Ukraynanın başqa bir kəşfiyyat orqanı olan Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) digər əməliyyatlarına Krım körpüsünə iki hücum, Rusiya hərbi gəmilərinə hücumlar və Kremlə pilotsuz təyyarələrin vurulması daxildir. Ukrayna hakimiyyəti bəzən birbaşa, bəzən də eyhamla bu əməliyyatlarda iştirak etdiyini bəyan edib. Duqinanın qətlinin təşkili Kiyevdə rəsmən təkzib edilib.

Materialda həmçinin iddia edilir ki, SBU-nun Rusiya ərazisində əməliyyatlar aparan xüsusi bölmələri 2015-ci ildən MKİ ilə birgə əməkdaşlıq nəticəsində yaradılıb. Amerika kəşfiyyat orqanlarının SBU və GUR-da islahatlara on milyonlarla dollar xərclədiyi və Ukrayna kəşfiyyatçılarının təlimində iştirak etdiyi iddia edilir.

Nəşrin Amerika rəsmiləri arasında olan həmsöhbətləri MKİ-nin SBU ilə sıx əməkdaşlığını təsdiqləməklə yanaşı, Amerika kəşfiyyat orqanlarının Rusiya vətəndaşlarının öldürülməsinə yönəlmiş əməliyyatların hazırlanması və həyata keçirilməsində hər hansı formada iştirak etdiyini inkar edirlər. Bunlara Duqinanın öldüyü partlayışdan əlavə, məsələn, Sankt-Peterburqda bloger Vladlen Tatarskinin və ya Krasnodarda Rusiya sualtı gəmisinin keçmiş komandiri Stanislav Rjitskinin qətli daxildir. Məqalədə deyildiyi kimi, Ukrayna xüsusi xidmət orqanlarının hərbi əməliyyatlarda bilavasitə iştirak etməyən rusların öldürülməsinə yönəlmiş əməliyyatlara “istəkləri” MKİ-nin onlarla qarşılıqlı əlaqəsini çətinləşdirib. Xüsusilə qeyd olunur ki, bir sıra Amerika rəsmilərinin fikrincə, bu cür əməliyyatların genişləndirilməsi Ukrayna üçün fayda gətirməkdən daha çox risk yarada bilər.

Rəsmi olaraq Mərkəzi Kəşfiyyat İdarəsi və Ukrayna hakimiyyət orqanlarının nümayəndələri hələlik məqaləyə münasibət bildirməyiblər. SBU-nun rəhbəri Vasili Malyuk yalnız “Washington Post” qəzetinə verdiyi şərhdə xidmətin əməliyyat apardığı bütün hədəflərin “tamamilə qanuni” olduğunu bildirib.

“AzPolitika.info”