Hadisə Hindistanın məşhur Tihar həbsxanasında baş verib.
Ötən həftə yoxlama zamanı 29 yaşlı dustaq nəzarətçilərdən gizlətmək məqsədi ilə mobil telefonu udub.
Lent.az-ın xəbərinə görə, o, bir neçə gün sonra mədəsində kəskin sancılarla xəstəxanaya yerləşdiriblər. Həkimlər endoskopik müayinə yolu ilə telefonun yerini təsbit etdikdən sonra onu cərrahi əməliyyat olmadan xəstənin ağzından çıxarıblar.