Bir müddət əvvəl Türkiyədə yayımlanan “Yalı çapkını” serialı ilə bağlı fikirlərinə görə tənqid olunan müğənni Nura Suri iradlara cavab verib.
Bu barədə ifaçı sosial media hesabında paylaşım edib. O, ünvanına səsləndirilən fikirlərə belə münasibət bildirib:
“Feysbuk ən sevdiyim şəbəkədir. Həm dostluğumdakı insanlar intellektual və yaradıcıdır, həm də feysbukun mənə qazandırdığı dostlarım var. Bu sosial şəbəkədə fikirlərimizi bölüşürük. Məni izləyənlərə statuslarım, paylaşdığım filmlər və sair yaxşı məlumdur. 2 gündür bir serial haqqında fikrimi yazmışam, bəziləri düşüblər əl-ayağa ki, özün 8 dəfə ərdə olmusan. Niyə serial haqqında belə yazmısan?
Birincisi, sizin kimi düşüncəsiz və dərrakəsiz insanların fikri mənə maraqlı olsaydı, hər mövzuda statuslar yazmazdım. İkincisi, mənim yazdıqlarım mənasız olsaydı, saytlar paylaşmazdı və siz özünüzü şərhlərdə həlak etməzdiniz. Yəqin bir ailənin içində gəlinin qayınata və qayınla, evdə işləyən qulluqçunun oğlu yaşında ev yiyəsinin nəvəsi ilə, atanın öz qız övladlarını pul qarşılığı satması və sair sizin üçün normaldır. Mən türk millətini belə tanımamışam. Rejissorun belə bir mövzuda serial çəkməsini, öz millətini belə təbliğ etməsini başa düşmürəm, düşmək istəmirəm”.
Qeyd edək ki, Nura daha əvvəl paylaşdığı yazıda “Yalı çapkını” serialını o qədər təriflədilər ki, dedim mən də baxım, bəlkə dedikləri kimidir. Heç bir xarici filmdə, serialda belə tərbiyyəsizlik, mənəviyyatsızlıq, qeyrətsizlik görməmişəm indiyə kimi. Bu serialı bu qədər bəyənməklərini də anlamadım. Niyə belə bir serialın çəkildiyini də. Danışılası deyil, nəinki baxılası” deyə, bildirmişdi.
Follow @7timesaz