“Hakim səhvləri komandaya istər-istəməz təsir edir”.
Bunu Fanat.Az-a açıqlamasında “Kəpəz”in futbolçusu Rüfət Əhmədov deyib.
O, dünən keçirilən “qərb derbisi”ndən – “Turan Tovuz”a 0:4 hesabı ilə uduzduqları matçdan sonra referi İnqilab Məmmədovun və köməkçilərinin idarəçiliyindən gileylənib:
“Hər şeyi hakimin üstünə atmaq istəmirəm. Uduzmuşuqsa, bu, ilk növbədə bizim problemimizdir. Amma hakimlərin də kobud səhvi vəziyyəti çətinləşdirir. Düz gözünün qabağında olan epizodu niyə qeydə almayasan ki? Fasiləyədək qol buraxsaq da, inanırdıq ki, oyunu çevirə bilərik. Yəni o qol qırılma nöqtəsi deyildi. Derbidə 0:4 istənilən halda, çox ağır nəticədir
Qarşıdan “Qarabağ”la oyun gəlir. Yaxşı komanda olmağa, onlara qarşı inamla mübarizə aparmağa çalışacağıq”.
Rüfət oyun başa çatmamış tribunaları tərk edən gəncəli azarkeşlərdən üzr istəyib:
“Çox sağ olsunlar ki, həmişə yanımızda olurlar. Onlardan üzr istəyirəm”
Follow @7timesaz