Türkiyənin məşhur müğənnisi Ebru Gündeş 11 ildir evli olduğu iş adamı Rza Zərrabdan boşanır.
7times.az xəbər verir ki, sənətçi Bodrum Ailə Məhkəməsinə müraciət edərək həyat yoldaşı tərəfindən xəyanətə məruz qaldığını bildirib.
“Həyatında başqa qadınlar var”,- deyə sənətçi ərizəsində qeyd edib.
Qeyd edək ki, E.Gündeş iş adamı ilə 2010-cı ildə ailə qurub, bir il sonra cütlüyün Alara adını verdikləri qızları dünyaya gəlib.
2013-cü ildə həbs olunan Zərrab bir il sonra sərbəst buraxılıb. Cütlük 2016-cı ildə Mayamiyə tətilə gedərkən Zərrab hava limanında saxlanılıb. Onun ABŞ-ın İrana tətbiq etdiyi embarqonun pozulmasında rol oynadığı iddia edilib.
Ebru Gündeş və qızı 6 dəfə ABŞ-a gedərək həbsdə olan əri ilə görüşüb.
Follow @7timesaz