Maqazin

“Ebrunun istəyi ilə “Popstar”dan çıxarıldım”

“Ebrunun istəyi ilə “Popstar”dan çıxarıldım”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Ülviyyə Tağıyeva illər sonra “Popstar Alaturka” yarışması ilə bağlı şok açıqlamalar verib.

OLAY yazır ki, bu barədə o, “Özəl mətbəx” proqramında qonaq olarkən danışıb. Ülviyyə deyib ki, münsiflərdən Ebru Gündeşin sözü ilə yarışdan çıxarılıb:

“Yarışmadan sonra travma yaşadım. Sonradan deyildi ki, heç səsvermə olmayıb. Faizlə səs verildiyini göstərsələr, belə yalan imiş.  Münsiflərdən birinin istəyinə görə yarışmadan çıxarıldım. Ebru Gündeş məni istəmədi, qəti şəkildə dedi ki, çıxsın, getsin. Kulisdə isə mənim konsertdə oxuyacağım mahnını zümzümə edirdi”.