Manşet

Əcnəbilərlə ailə quran məşhurlar – SİYAHI

Əcnəbilərlə ailə quran məşhurlar – SİYAHIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstər azərbaycanlı məşhurlar, istərsə də vətəndaşlar arasında xarici ölkə vətəndaşları ilə ailə həyatı quranların sayı az deyil.

Azərbaycanlı şou-biznes əhli, vətəndaşların ailə qurduqları xaricilərin bir qismi də elə tanınmış simalar olur.

Əcnəbi vətəndaşlarla ailə quranların bir çoxu demək olar ki, bir çoxu qardaş ölkə, yəni türkiyəli vətəndaşlarla evlidir. Qeyd edək ki, yalnız qadınlar yox, elə kişilərin arasında da əcnəbilərlə evlənənlər var.

Cebhe.info əcnəbilərlə ailə həyatı quran azərbaycanlı məşhurları araşdırıb.

*Hollivudun döyüş səhnələrinin mahir ifaçısı, məşhur aktyor Jan Klod Van Dammın oğlu azərbaycanlı qızla evlənib. Kris Van Damm Suada Hacızadə adlı xanımla ailə həyatı qurub. Sözügedən xanım pianoçu və prezident təqaüdçüsüdür.O, 24 oktyabr 1999-cu ildə Bakıda doğulub.

Qeyd edək ki, Kris van Damm 1987-ci ildə Los-Ancelesdə anadan olub. O, aktyor və kinorejissordur.

*Azərbaycanın tanınmış bədii gimnastı, beynəlxalq dərəcəli idman ustası Zeynəb Cavadlı Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın əmiri Şeyx Məhəmməd bin Rəşid əl-Maktumun qardaşı oğlu Şeyx Səid əl-Maktuma ərə gedib.

Cütlük 2015-ci ildə Qəbələdə keçirilən olimpiya atıcılıq növləri üzrə yarışlarda tanış olub və elə həmin il də evləniblər. Bu ilin iyun ayında isə onların qız övladı dünyaya gəlib. Körpəyə Səid əl-Maktumun nənəsi Sananın adı verilib.

Səid əl-Maktum 1976-cı ildə Dubayda anadan olub. Onun atası Maktum ibn Rəşid əl-Məktum 1990-2006-cı illərdə Dubayın əmiri olub. Onun vəfatından sonra isə hakimiyyətə əmisi Məhəmməd ibn Rəşid gəlib.

Səid əl-Maktum 1995-ci ildən etibarən peşəkar atıcı kimi fəalliyət göstərir, olimpiya oyunlarının iştirakçısıdır. Atasının vəfatından sonra onun 16 milyard dollar dəyərində qiymətləndirilən mirası yeganə övlad kimi Səid əl-Maktuma keçib. Səid əl- Maktum Birləşmiş Ərəb Əmirliklərinin ən varlı şeyxlərindən biri, mesenat kimi tanınır.

*Xalq şairi Fikrət Qocanın qızı Günay Qocayeva Amerikalı Corcla (Cebrum George) evlidir. 2004-cü ildə ailə həyatı quran cütlük hazırda Amerikada yaşayır.

*Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Fidan Hacıyeva ingiltərəli Filipp Neylor ilə ailəlidir. Fidan xanımın 2 övladı var – Corcina-Xəyalə-Siena və David-Davud-Con.

*Müğənni Səidə Dadaşova da türkiyəli biznesmen Selcuk Sami Gökgözlə ailə qurub. Amma son vaxtlar mətbuatda cütlüyün boşanmaları barədə xəbərlər var.

*Bəstəkar-prodüser İsa Məlikov Polşa əsilli Paulina Volotkovskaya ilə ailə həyatı qurub.

*Məşhur balaban ifaçısı Əlixan Səmədov Türkiyə vətəndaşı ilə evli olub, ayrılıb.

*Azərbaycanlı model Günay Musayeva da türkiyəli vətəndaşla ailə quran məşhurlardandır. O, aktyor Tolqa Karellə ailə qurub və həmin evlilikdən bir oğlu var.

*Digər bir müğənni İradə İbrahimova 2009-cu ildə türkiyəli biznesmen Ceyhun İzzətlə ailə qurub. Cütlüyün İpək adlı bir qızı var.