Dünya

“Ədalət, bərabərlik və mərhəmətə qayıdaq” – Baydendən Məhərrəm ayı ilə bağlı çağırış

“Ədalət, bərabərlik və mərhəmətə qayıdaq” – Baydendən Məhərrəm ayı ilə bağlı çağırışbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Cozef Bayden Məhərrəm ayı ilə bağlı çağırış edib.

Ağ Ev rəhbəri bununla bağlı tviter hesabında yazıb.

“Bir çox müsəlman dostlarımız və qonşularımız İslam Yeni ilini müqəddəs Məhərrəm ayında tarixi qurbanların xatirəsini düşünmək, oruc tutmaq və dua etmək üçün fürsət kimi qeyd edirlər.

Yeni ilə daxil olarkən ədalət, bərabərlik və mərhəmət dəyərlərinə qayıdaq”, – Bayden vurğulayıb.

Qeyd edək ki, hicri-qəməri təqvimi ilə bu gündən Məhərrəm ayı başlayıb. Miladi təqvimlə iyulun 30-u Məhərrəm ayının ilk günüdür.

Belə ki, hicri-qəməri təqvimi ilə 1443-cü il başa çatır, yeni 1444-cü ilin başlanğıcı – Məhərrəm ayının 1-i iyulun 30-na təsadüf edir.