Türkiyənin Ədliyyə Nazirliyinin binasında çəkilən fotolar qalmaqal yaradıb.
7Times.az Türkiyə mətbuatına istinadla bildirir ki, nazirlik binasındakı otaqların birində vəkilin açıq-saçıq geyimdə fotolar çəkdirməsi etiraz doğurub.
Sosial şəbəkələrdə yayılan fotolar qalmaqala səbəb olub. Məsələ ilə bağlı nazir Yılmaz Tunç açıqlama verib. O bildirib ki vəkil Buket Nurşah Tekışık və həmin otağın sahibi barədə araşdırma aparılır.
- Milli.Az