Ədliyyə Nazirliyinin inzibati binasında yanğın olması barədə Fövqəladə Hallar Nazirliyinin “112 – Qaynar Xətt”inə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən 7times.az-a bildirilib ki, əraziya Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələrə cəlb olunub. Yanğının ətrafa yayılmasının qarşısı alınıb, yanğın söndürülüb.
***
Ədliyyə Nazirliyinin binası yanır.
7times.az-ın verdiyi xəbərə görə, binanın yuxarı mərtəbəsində yanğın başlayıb. Buna görə də nazirliyin rəsmi səhifəsində aparılan canlı yayım dayandırılıb.
Hazırda əraziyə yanğınsöndürmə briqadaları cəlb edilib.
Nazirliyin əməkdaşları binadan təxliyə olunub. qafqazinfo
Follow @7timesaz