Ölkə

Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələr verilib

Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələr verilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələr verilib.

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Mirsaleh Miradil oğlu Seyidova ədliyyə general-mayoru, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi Cavid Ənvər oğlu Hüseynova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.