İqtisadiyyat

ƏDV-dən azad olunan publik hüquqi şəxslərin sayı artırıldı

ƏDV-dən azad olunan publik hüquqi şəxslərin sayı artırıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin sayı artırılıb.

7times.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərmanında əksini taıb.

Fərmana əsasən, bu siyahıya Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi; Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi; Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi də əlavə edilib.

Qeyd edək ki, əvvəl bu siyahıya 28 qurum daxil idi.