Sağlamlıq

Effektli ekspress-pəhriz. 1 həftəyə 4 kq arıqla!

Effektli ekspress-pəhriz. 1 həftəyə 4 kq arıqla!backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu çox effektli pəhrizdir. Pəhriz tanınmış “top-modellər pəhrizi”nə bənzəyin, lakin daha yumşaqdır və daha asan keçirilir.

Pəhriz 7 gün ərzində tutulur, qida gündə 5 dəfə qəbul olunur. Gün ərzində mütləq 2 l maye içmək lazımdır. Buna təmiz su, yaşıl,  zəncəfil, itburnu çayları daxildir. Bu çaylar arıqlamanı sürətləndirir.

Ekspress-pəhrizin menyusu:

Səhər yeməyi – bişmiş yumurta (variant – yulaf yarması və ya 2 tikə pendir və ya 100 qr kəsmik) + 1 tikə pəhriz çörəyi, 1 fincan yaşıl çay

2-ci səhər yeməyi – 1 alma (variant – portağal və ya armur və s.) + 1 bio-yoqurt, 1 fincan itburnu çayı

Nahar – 150 qr bişmiş toyuq əti (variant – yağsız balıq və ya ət) + tərəvəz salatı (yağsız və duzsuz), 1 fincan zəncəfil çayı

Şam yeməyi – tərəvəz salatı, 1 tikə pəhriz çörəyi, 1 fincan yaşıl çay

Yatmazdan əvvəl – bio-yoqurt

Mədə-bağırsaq və s. ciddi xroniki xəstəliklər zamanı bu pəhrizdən istifadə etmək olmaz.