Müğənni Tacir Şahmalıoğlu duet ortağı Fədayə Laçınla aralarında yaşanan qalmaqaldan danışıb.
Axşam.az xəbər verir ki, “Xoş gəldim” verilişi ifaçının evində qonaq olub. Aparıcı Amil Xəlil efirdə ona “Fədayə Laçına aranızda ər-arvad münasibəti olub” sualını ünvanlayıb. Tacir isə “Olmayıb” cavabını verib.
Aparıcı isə “Axı özünüz əvvəl müsahibənizdə demişdiniz. Elə bildiyimiz münasibətdən söhbət gedir” deyərək, etiraz edib. İfaçı “Hər yaxın münasibət ər-arvad münasibəti demək deyil” reaksiyasını verib.
Həyat yoldaşının qısqanclığından danışan Tacir “Cavan vaxtları xanımım qısqanclıq edirdi. Həyat yoldaşım qısqancdır. Amma indi püxtələşib. Ailəmin başında olmuşam, onları üstdə tutmuşam. Dünya dağılsa, ailəmi atmaram. Həyat yoldaşım bibim nəvəsidir. Ailədə hüzur olmasa bərəkət də olmaz. ” sözlərini əlavə edib.
Qeyd edək ki, Tacir bir dəfə müsahibəsində “6 il bir yerdə oxumuşuq, əlbəttə münasibətimiz olub” sözlərini söyləmişdi.
Follow @7timesaz