Uzun müddətdir efirlərdən uzaq düşən aparıcı Seva Camalova bir neçə müddətdir ki sosial şəbəkələrdən də kənarda qalıb.
Milli.Az bildirir ki, o sosial şəbəkələrdən uzaq qalmasını depressiyaya düşməsi ilə əlaqələndirib.
“Çox sıxılıram. Artıq uzun müddətdir ki, bu depressiyadan çıxa bilmirəm. Ona görə də nə yeni rəsmlər, nə də yeni fotolar var”, – o qeyd edib.
Qeyd edək ki, S.Camalova 2015-ci ilin dekabrında ana olub. O, ATV və “Space” telekanalında çalışıb.