Dünya

Əfqan uşağı tikanlı məftillərin o üzündən alıb güvənli bölgəyə keçirənin də, dünya mətbuatının manşetlərinə çıxardığı o humanist ABŞ əsgərin də  əslində Azərbaycan əsgəri olduğu üzə çıxdı.

Əfqan uşağı tikanlı məftillərin o üzündən alıb güvənli bölgəyə keçirənin də, dünya mətbuatının manşetlərinə çıxardığı o humanist ABŞ əsgərin də  əslində Azərbaycan əsgəri olduğu üzə çıxdı.backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Deməli ,

“Ruanda oteli” filmini görmüsüz yəqin.

Orada da hazırda Əfqanıstanda olduğu kimi,  camaat BMT sülhməramlılarına yalvarır ki, münaqişə zonasını tərk etməsinlər.

Məsələ belə idi ki, Ruandada faktiki  hakimiyyəti ələ keçirən Hutu- lar əhalinin digər bir böyük icmasını Tutsiləri qırırdılar və bütün dünya seyr edirdi. Bu soyqırım zamanı Tutsilərin 20 faizi qətlə yetirilmişdi.

BMT- nin təşkilatçılığı ilə orada olan sülhməramlılar, əsasən ABŞ, İngiltərə və Belçikadan olan hərbiçiləri qırğının qızğın çağında  münaqişə zonasından çıxarmışdılar. Bununla da Hutilərin Tutsiləri qanına qəltan etməsi üçün daha böyük meydan yarandı.

Əhali əsasən Uqanda sərhədinə doğru qaçırdı və nicat axtarırdı. Sərhəddə isə tikanlı tellər çəkilmişdi və keçə bilmirdilər. Onda adamlar çarəsiz halda öz uşaqlarını çəpərin o biri tərəfinə atırdı ki, heç olmasa uşaqları sağ qalsın.

Orada da eynilə Əfqanıstanda olduğu kimi, candərdi ABŞ , İngiltərə və Belçika bir neçə təyyarə reysi təşkil etmişdilər ki, bəzi adamları oradan çıxarsınlar və hazırda Əfqanıstan hava limanında gördüyünüz mənzərələrin eynisi yaşanırdı. Əsasən uşaqlar və qadınlar təxliyyə olunduğu üçün atalar ailələrindən, analar uşaqlarından ayrılmaq zorunda qalırdı. Uşaq gedirdi Belçikaya ana və ata qalırdı. Kimin nə olacağı bəlli deyildi.

İndi dünən Bayden çıxıb deyir ki, biz Əfqanıstana dövlət inşa etməyə getməmişdik! Əl- qaidanı və Bin Ladeni məhv etməyə getmişdik. Gözünün içinə kimi yalan deyir. Əl- qaida da özlərinin idi, lap elə sirli- sehrli adam Bin Laden də.   Bəs Bin Laden nə oldu?

Niyə tutmadınız onu?

Yalandan bir villanı super bomba ilə vurub toz elədilər. Dedilər ki, bəs sən demə Laden bu villanın içində imiş, biz isə onu öldürdük!

Deyək ki, Laden orada imiş. Dünyanın ən güclü xüsusi təyinatlılardan olan ABŞ qüvvələri niyə əməliyyat keçirib Bini tutmadı? Axı onu sağ ələ keçirib çox şey öyrənmək olardı!

Adi villanı Super Bomba ilə niyə vurdunuz?

Çünki sizə “iz”  lazım deyildi. Bin Laden orada deyildi. Ya çoxdan ölmüşdü ya da çevirinşb İŞİD- çi  düzəltmişdiniz ondan

Əslində Bayden düz deyir. Onlar dövlət qurmağa yox, olanı da bərbad etməyə getmişdilər. Liviyada, Suriyada ,İraqda etdikləri kimi. Etdilər də!

Prezident Qaniyə də onlar çıx dedilər, təzyiq etdilər.  Talibanı da hakimiyyətə gətirdilər. Niyə? Çünki bölgəni təhdid etmək üçün, yeni bir əjdahaya ehtiyac vardı. Bu da Taliban olacaqdı.

İndi ,vaxtilə qaz verib ABŞ- pərəst etdkkləri bir qrup var ki, vaxtilə ABŞ- a arxalanıb Talibanı və tərəfdarlarını söyürdü, sıxırdı. İndi həmin qrup birdən birə qalıb Talibanın əhatəsində. ABŞ isə aradan çıxıb. Onlar bilir ki, gec- tez aqibətləri nə olacaq. Facivə sonluq gözləyir onları.  Amma ABŞ onları təyyarə təkərlərinin altına salıb əzdi və göydən tulladı.

O ABŞ ki,  mətbuat azadlığı deyib bas- bas bağırır və bir çox ölkəyə təzyiq edir , özünü nəzarətçi kimi təqdim edir. Amma jurnalist  Kaşıkçının hissə- hissə doğranıb  sulfat turşusunda əridilməsinə bir neçə milyardlıq silah müqaviləsi fonunda göz yummuşdu.

P.S.

Yeri gəlmişkən əfqan uşağı tikanlı məftillərin o üzündən alıb güvənli bölgəyə keçirənin də, dünya mətbuatının manşetlərinə çıxardığı o humanist ABŞ əsgərin də  əslində Azərbaycan əsgəri olduğu üzə çıxdı.

Qələmşah Dostuyev