Dünya

Əfqanıstan Prezidentinin hansı ölkəyə qaçdığı MƏLUM OLDU

Əfqanıstan Prezidentinin hansı ölkəyə qaçdığı MƏLUM OLDUbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanın dünən istefa verib ölkədən qaçmış prezidenti Əşrəf Qəninin yeri məlum olub.

7times.az “Azadlıq” radiosunun tacik xidmətinə istinadən xəbər verir ki, Qani prezident administrasiyasının rəhbəri Fəzli Mahmud Fəzlinin və milli təhlükəsizlik müşaviri Həmdulla Muhibin müşaiyəti ilə əvvəlcə Tacikistana uçub. Onun təyyarəsi bir müddət Tacikistan hava məkanında qalıb və aviadispetçerlərin sonrakı uçuş marşrutunu razılaşdırmasını gözləyib. Dispetçerlər marşrutu Özbəkistan, Türkmənistan və İran hakimiyyəti ilə razılaşdırıblar, bunun ardınca Qaninin təyyarəsi həmin ölkələrin hava məkanından keçərək Omana uçub. Bildirilir ki, Oman hakimiyyəti ona siyasi sığınacaq verəcək.

Marşal Əbdürrəşid Dostumun qızı Rohila da təsdiq edib ki, Qaninin təyyarəsi əvvəlcə Düşənbə üzərində fırlanıb, daha sonra Omana kurs götürüb.