Dünya

Əfqanıstanda qızlar üçün gizli onlayn məktəb açılıb

Əfqanıstanda qızlar üçün gizli onlayn məktəb açılıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Learn Afghanistan” xeyriyyə təşkilatı Əfqanıstanda 12 yaşdan yuxarı qızlar üçün gizli onlayn məktəb açıb.

“Əfqanıstanın gələcəyi olacaq 100 qıza təhsil veririk. Onlar planşet vasitəsi ilə birlikdə dərs oxuyur və ev tapşırıqları alırlar”, – deyə “Learn” xeyriyyə təşkilatının rəhbəri Paştana Durrani bildirib.

Onun sözlərinə görə, dərslər qadın müəllimlər tərəfindən aparılır.

“Learn Əfqanıstan” elm, texnologiya, mühəndislik və riyaziyyat kimi fənlər üzrə proqram hazırlayıb.

Qızlara proqramlaşdırma və veb-sayt hazırlama da öyrədilir. Musavat.com