Əfqanıstanda baş verən zəlzələ zamanı xilasetmə əməliyyatları ciddi məhdudiyyətlərlə üzləşib.
“7Times.az” “New York Times”-a istinadla xəbər verir ki, dağıntılar altında qalan qadınların xilası dini və sosial qaydalar səbəbindən əngəllənib.
Məlumata görə, Taliban tərəfindən tətbiq olunan qaydalara əsasən, eyni ailəyə mənsub olmayan kişilər və qadınlar arasında fiziki təmas qadağan edilib. Bu məhdudiyyətlər xilasedicilərin qadınlara yaxınlaşmasını və onlara yardım etməsini çətinləşdirib. Nəticədə, yüzlərlə qadın dağıntılar altında qalıb və həyatını itirib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Talibandan xahiş edib ki, qadın xilasedicilərə qoyulan məhdudiyyətləri ləğv etsin.
Follow @7timesaz