Xəbər verdiyimiz kimi, fevralın 12-də Prezident yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib. Komissiyanın iclasları ictimaiyyətin diqqət mərkəzindədir.
Bəs növbəti iclas nə vaxt olacaq?
7Times.az Əfv Komissiyasının növbəti iclasının vaxtını öyrənmək üçün qurumun üzvü “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyevlə əlaqə saxlayıb.
O bildirib ki, Əfv Komissiyasının növbəti iclasının fevralın sonunda keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, indiyədək Azərbaycanda 70 əfv sərəncamı və 12 amnistiya aktı imzalanıb. Bu humanist addımlar nəticəsində minlərlə şəxs azadlığa qovuşub.
Sonuncu əfv sərəncamı isə ötən ilin may ayında imzalanıb. Sərəcamla 154 nəfər əfv edilib, onlardan 63-ü cəzasının çəkilməmiş hissəsindən azad edilib, 52 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.
71-ci əfv sərəncamının neçə nəfəri əhatə edəcəyi hələlik məlum deyil.
Follow @7timesaz