Dünya

Pakistanda leysan yağışları 200-ə yaxın insanın həyatına son qoyub

Pakistanda leysan yağışları 200-ə yaxın insanın həyatına son qoyubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanın şimal-qərbində son 24 saat ərzində leysan yağışlar nəticəsində 200-ə yaxın insan həlak olub.

“7Times.az” xəbər verir ki, bu barədə “Reuters” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Rəsmilər bildiriblər ki, ölüm halları Hayber-Paxtunxva əyalətinin dağlıq ərazilərində qəfil yağışlar, daşqınlar, ildırım düşməsi və uçqunlar səbəbindən baş verib.

Xilasedicilərin bildirdiyinə görə, çay və dərələrin daşması nəticəsində Svat rayonunda 2000-dən çox insan təhlükəsiz ərazilərə təxliyə edilib.

Report