Dünya

Tramp və Putini Alyaska səfərində müşayiət edən rəsmilərin adları açıqlanıb

Tramp və Putini Alyaska səfərində müşayiət edən rəsmilərin adları açıqlanıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağ Ev Alyaskaya səfəri çərçivəsində ABŞ Prezidenti Donald Trampla birlikdə “Bir nömrə bort”da olan rəsmilərin siyahısını yayıb.

7Times.az xəbər verir ki, siyahıya dövlət katibi Marko Rubio, maliyyə naziri Skott Bessent, ticarət naziri Hovard Latnik, xüsusi nümayəndə Stiv Uitkoff, mətbuat katibi Kerolayn Levit və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff daxildir.

Məlumata görə, siyahıda vitse-prezident Cey Di Vens yer almayıb.

Qeyd edək ki, Prezident Vladimir Putinin Alyaskaya səfərində onu müşayiət edən nümayəndə heyətinin tərkibi də açıqlanıb. Heyətdə xarici işlər naziri Sergey Lavrov, maliyyə naziri Anton Siluanov, müdafiə naziri Andrey Belousov, prezidentin köməkçiləri Yuri Uşakov və Kiril Dmitriev yer alır.