Dünya

“Rusiya yeni hücumlara hazırlaşır” – Zelenski

“Rusiya yeni hücumlara hazırlaşır” – Zelenskibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya danışıqlarda öz mövqeyini gücləndirmək üçün yeni hücumlara hazırlaşır.

7Times.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski özünün sosial şəbəkə hesabında deyib.

Onun sözlərinə görə, Ukrayna ordusu bütün cəbhə xətti boyu öz mövqelərini müdafiə edir və ardıcıl olaraq ikinci gündür ki, Donetsk regionunda Dobropillia və Pokrovsk istiqamətində nailiyyətlər əldə olunur.

Zelenski növbəti günlərdə Rusiya ordusunun yeni hücumlara keçəcəyini ehtimal edib və bunu gələcək danışıqlarda Moskvanın mövqeyini gücləndirmək məqsədi daşıdığını bəyan edib.

Ukrayna lideri Rusiya ordusunun bunun üçün hərəkət etdiyini və hazırlıq gördüyünü qeyd edib.

Zelenski Ukrayna ordusunun Rusiyanın hərəkətlərinə lazım gələrsə asimmetrik formada cavab veriləcəyini deyib.