İdman

“Əgər Mahir Emreli “Dinamo”ya keçsə…” – 1.2 milyonluq borc

“Əgər Mahir Emreli “Dinamo”ya keçsə…” – 1.2 milyonluq borcbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xorvatiyanın “Sportske novosti” nəşri millimizin hücumçusu Mahir Emrelinin Zaqrebin “Dinamo” klubuna mümkün keçidi ilə bağlı yayılan xəbərləri şərh edib.

7Times.az Qol.az-a istinadən xəbərinə görə, qəzetin yazısında qeyd edilir ki, hələlik bu məlumatlara “Dinamo”dan təsdiq cavabı alınmayıb: “Amma bu xəbərləri təkzib etmək də olmur. “Dinamo” və “Legiya” bir-biri ilə artıq işbirliyində olub. Polyaklar Lirim Kastratini “Dinamo”dan 1.4 milyon avroya alıb. Bu məbləğ 24 ay ərzində ödənməli idi. Bizdə olan xəbərə görə, “Legiya” cəmi 200 min avronu “Dinamo”nun hesabına köçürüb. Bu, nə məna kəsb edir? Əgər Emreli “Dinamo”ya keçsə, bu, kluba ucuz başa gələ bilər. Axı, Kastratinin transferinə görə “Legiya”nın 1.2 milyon avro borcu qalıb. Polşa mənbələri bildirir ki,  Emrelinin Polşada illik maaşı 300 min avro təşkil edir”.

Xatırladaq ki, M.Emrelinin bu qış  “Legiya”dan ayrılacağı gözlənilir.