Hərbi

Əgər Ukrayna Krıma hücum edərsə, Putin nüvə müharibəsinə başlayacaqmı?

Əgər Ukrayna Krıma hücum edərsə, Putin nüvə müharibəsinə başlayacaqmı?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kiyev qoşunlarının Krıma müdaxiləsi nüvə böhranına səbəb ola bilər…”

Krıma müdaxilə edəcəyi təqdirdə Ukrayna ilə nə baş verəcək?
“Ukrayna Silahlı Qüvvələri Krıma müdaxilə edərsə, Putin az gücə malik taktiki nüvə silahını tətbiq edə bilər…”
Ukrayna Silahlı Qüvvələri Krıma hücum etmək üçün kifayət qədər imkanlara malik deyil, lakin hər halda buna cəhd edə bilər.
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın “19FortyFive” nəşrində məqalə müəllifi yazır.
Onun fikrinə görə, bu halda Vladimir Putin “ağlasığmaz” hərəkət edərək az gücə malik nüvə silahını tətbiq edə bilər.
Vladimir Putini Ukraynaya qarşı nüvə silahını tətbiq etməyə vadar edəcək “qırmızı xətt”  hansıdır?
Ola bilər ki, bu, Qərbin tədarük etdiyi silahdan  istifadə etməklə Rusiyaya hücum olsun. Nüvə böhranına Kiyev qoşunlarının Krıma müdaxiləsi də səbəb ola bilər.
İkinci varianta baxaq və sual edək: USQ-nin Krıma müdaxiləsi Moskvanı kütləvi qırğın silahını tətbiq etməyə sövq edəcəkmi?
Ukraynanın Krıma zərbələri
Ukraynanın xüsusi əməliyyatlar qüvvələrinin Rusiyanın Novofyodorovka rayonunda hərbi-hava bazasına zərbə endirdiyi avqustun 9-dək Krımda ciddi və intensiv döyüş əməliyyatları olmayıb. O zaman ağır fuqas mərmilərilə iki aviabaza və döyüş sursatları ambarı atəşə tutulub.
Oktyabrın 8-də bu regionda daha bir partlayış baş verib. Hesab edilir ki, bu dəfə Krımı Rusiya ilə birləşdirən və Rusiya qoşunlarının təchizat xətti olan Kerç boğazından keçən 19 km-lik körpüdə Ukrayna yaraqlıları tərəfindən minalanan yük maşını partlayıb. Bomba partlaması nəticəsində körpünün bir hissəsi dağılıb, bu da onun çökməsin ilə nəticələnib, dəmiryolunda avtosisterndə yanğın baş verib.
Putin hiddətlənib və bunu terror aktı adlandırıb. O, dərhal Ukraynanın infrastrukturuna zərbələr endirməyi əmr edib.
Ukrayna Rusiyaya bütün ərazilərinin qaytarılmasına çağırış etməsinə rəğmən, Krımın qaytarılması riskli və bahalı işdir.
Noyabrın ortalarında Qərargah rəislərinin Birləşmiş komitəsinin sədri ABŞ-ın ordu generalı Mark Milli mətbuat konfransında bəyan edib ki, onun fikrincə, yaxın gələcəkdə Ukrayna ilhaq edilmiş torpaqlarını tam geriyə qaytara bilməyəcək.
Onun sözlərinə görə, belə həlledici əməliyyatın keçirilmə ehtimalı “böyük deyil”. Həmçinin qeyd etmək lazımdır ki, Kremlin bəyanatına uyğun olaraq, NATO qoşunlarının Krımda yerləşdirilməsi Rusiya tərəfini nüvə silahına təhrik edəcək.
Hava-desant və ya zirehli texnikanın tətbiqi ilə yerüstü müdaxilə
Ukraynanın Krıma hücumu yarımadaya qoşunların yeridilməsi logistikası səbəbindən çətin olacaq. Oraya desantları göndərmək üçün Ukraynaya, ehtimal ki, hava-desant əməliyyatı keçirmək tələb olunacaq. Alternativ kimi hava hücumu keçirib qoşunlarını helikopterlə Krıma çatdıra bilər.
“Defence One” nəşrinə müsahibəsində Avstraliya ordusunun istefada olan general-mayoru Mik Rayan deyib ki, bunun üçün elə qüvvə və vasitələr tələb olunacaq ki, Kiyev onlara malik deyil. Rayanın sözlərinə görə, ukraynalılarda desant əməliyyatı keçirmək üçün lazımi qoşun qruplaşması yoxdur və onlar lazımi miqdarda amfibiya-maşınlara malik deyil.
Belə hücum zamanı həm də Rusiyanın Sevastopolda yerləşən  suüstü donanma gəmilərini və sualtı qayıqlarını da nəzərə almaq lazım gələcək və onlar Ukrayna qoşunlarına sahilə çıxmağa imkan verməyəcək.
Ukraynalılara desant hücumuna qırıcılar, bombardmançılar və pilotsuz uçuş aparatları ilə dəstək vermək lazım gələcək. Desantın çıxarılmasına dəstək vermək üçün həmçinin dənizdən zərbələr endirmək tələb olunacaq. Ukraynanın bunun üçün, sadəcə, lazımi qüvvə və vəsaitləri yoxdur.
Yeganə variant eni 5 km olan Perekop bərxəzindən quru yol ilə müdaxilə ola bilər. Bunun üçün Ukrayna tərəfdən adi artilleriya və yaylım atəşli reaktiv sistemlərindən intensiv atəşlər lazım olacaq.
USQ, ehtimal ki, hücumun ilk dövrünü gerçəkləşdirə bilər, lakin Krıma sürətlə daxil olmaq üçün çoxlu sayda tanklar və zirehli transportyorlar tələb olunacaq. Belə olan halda ukraynalılar ələ keçirdiyi ərazini əlində saxlamalı olacaq. Bu isə asan olmayacaq.
Nüvə silahı tətbiq etmək variantlarının gerçəkliyi
Bu maneələrə rəğmən, Ukrayna Rusiya qoşunlarının qətiyyətini yoxlamaq üçün Krıma girməyə cəhd göstərə bilər. Qarşıdakı qışda bu rayonda sərhəd toqquşmaları və qarşılıqlı artilleriya atəşləri baş verə bilər.
Belə olan halda Putin ukraynalıları dayandırmaq üçün taktiki nüvə silahı tətbiq edəcəkmi? Aydındır ki, bu, Moskvanın Rusiyanın bir hissəsi hesab etdiyi ərazilərə ziyan vuracaq. Nüvə silahının tətbiqi nəticəsində rusiyayönümlü dinc sakinlər həlak olacaq.
Radioaktiv çöküntülər səbəbindən Rusiya qoşunları, mümkündür ki, döyüş qabiliyyətindən, rusdilli sakinlər isə iş qabiliyyətindən məhrum olsun. Hərbçiləri nüvə, kimyəvi və bioloji silahdan qorunması üçün geyimlə təmin etmək lazım gələcək, belə vasitələrin Rusiyada kifayət qədər olduğu bəlli deyil.
Böyük ehtimalla, Putin ağlasığmaz hərəkət edərək, Krıma müdaxiləni dayandırmaq üçün az gücə malik qurğunu işə sala bilər.
Lakin Zelenskinin ordu və hərbi-dəniz donanması üçün Ukraynanın Krıma hücumu mürəkkəb ola bilər və mümkündür ki, Rusiya bunun gerçəkləşməsinə nüvə silahı tətbiq etmədən də mane ola bilsin.
Lakin hər halda hər bir ssenarini öyrənmək faydalıdır, çünki  hər iki tərəf Krımı xüsusi diqqət tələb edən strateji ərazi kimi yüksək qiymətləndirir.
Müəllif: Brent M. İstvud, “19FortyFive” jurnalının müdafiə və milli təhlükəsizlik məsələləri üzrə icmalçısı, “İnsanlar, maşınlar və məlumatlar: müharibənin aparılmasında gələcək meyllər” kitabının müəllifi. Meydana çıxan təhlükələr üzrə ekspert və ABŞ ordusunun sabiq zabiti.