Dünya

“Əks-hücum əməliyyatları xeyli vaxt aparacaq” – Podolyak

“Əks-hücum əməliyyatları xeyli vaxt aparacaq” – Podolyakbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna Silahlı Qüvvələrinin ötən aydan başlayan əks-hücumu ağır olacaq və xeyli vaxt aparacaq”.

“Report”un xəbərinə görə, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak AFR-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, əməliyyat sıx minalanma və silah təminatında yaranan ləngimələr səbəbindən mürəkkəbləşir.

M.Podolyak əlavə edib ki, “irəliləyişlər istəyimizdən ləng gedir”.

“Gəlin, etiraf edək ki, Rusiya cəbhədə, havada üstünlüyə malikdir. Əlbəttə, bizə əlavə zirehli texnika, ilk növbədə, 200-300 tank gərəkdir. Hava məkanını yaxşı qorumaq üçün xüsusən cəbhə zonasında 60-80 F-16 təyyarələri lazımdır. Hücum əməliyyatlarının sayı mütəmadi olaraq artır. Hələ ki, tam şəkildə hazırlanan briqadalar döyüşlərə cəlb edilməyib”, – deyə Ukrayna Prezident Ofisinin müşaviri bildirib.