Dünya

“Əks-hücumun hədəfi Krımdır” – “Onlar bizdən qorxurlar…”

“Əks-hücumun hədəfi Krımdır” – “Onlar bizdən qorxurlar…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Ordusunun əks-hücum əməliyyatına Krımın azad olunması da daxildir.

7Times.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Skandinaviya telekanallarına müsahibəsində bəyan edib.

Zelenski deyib ki, Krım Ukraynanın gözlənilən əks-hücumunun hədəfidir. Lakin bununla yaanşı, Ukrayna Prezidenti bildirib ki, bu hədəfə nail olmaq üçün Qərb lazımi miqdarda silah-sursat verməlidir: “Biz mümkün qədər çox insan həyatını xilas etmək istəyirik, ona görə də silahların miqdarı önəmlidir”.

O, jurnalistlərlə söhbətində əməliyyatın detalları və tarixi barədə danışmayıb. Lakin Ukrayna Prezidenti deyib ki, Rusiya Ukraynanın əks-hücum əməliyyatından çox qorxur: “Onlar bizdən qorxurlar. Onlar eləcə də, geri çəkiləcəkləri təqdirdə, bunun doğuracağı nəticələrdən qorxurlar”.

Müsahibəni yayımlayan kanallar Ukrayna əks-hücumunun yazın sonu, yayın əvvəlinə təsadüf edəcəyini bildiriblər.

Xatırladaq ki, bundan öncə Ukrayna hərbi kəşfiyyatının başçısı, general Kirill Budanov artıq yazda Ukrayna Ordusunun Krıma girəcəyini bəyan etmişdi. Ukraynalı tanınmış hərbi ekspert Roman Svitan isə Ukrayna üçün hazırda Krımın azad edilməsinin müharibənin başladığı 24 fevral 2022-ci il tarixinə nisbətən daha asan olduğunu bildirib.