İdman

“El Klasiko”da qələbə növbəsi bizimdir”

“El Klasiko”da qələbə növbəsi bizimdir”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti İspaniya kubokunun yarımfinalında “Barselona” ilə oyundan gözləntilərini bölüşüb.

Fanat.Az xəbər verir ki, “Marca” italiyalı mütəxəssisin oyunöncəsi mətbuat konfransında dediklərini belə çatdırıb:

“Xavidən üç məğlubiyyət almışam? Buna məşqçilər arasında fərdi qarşıdurma kimi baxmaq çətindir. Amma bu dəfə qələbə növbəsi bizmizdir.

Son matçlarda nəyi yaxşı bacardığımızı dəyərləndirməliyik. Biz təkcə nəticəyə baxmırıq. Son “El Klasiko”da mübarizə apardıq, qələbəyə yaxın idik. Ümimiyyətlə, onlarla son iki oyunumuz pis alınmayıb. Mükəmməl matç keçirmək istəyirik”.

Xatırladaq ki, Madriddə keçirilən kubokun ilk yarımfinal oyununda “Barselona” 1:0 hesabı ilə qalib gəlib.