Müğənni Elariz Məmmədoğlunun ailəsində xoş gün olub.
OLAY-ın əldə etdiyi məlumata görə, sənətçinin oğlu Məmməd ailə qurub. O, Mehriban adlı makiyaj ustası xanımla evlənib. Cütlüyün toyu ötən gün İstanbulda hotellərdən birində baş tutub. Gecədə E. Məmmədoğlu özü də milli mahnılarımızı səsləndirib.
Toyda iştirak edənlər sırasında Xalq artisti Mələkxanım Eyubovanın influenser qızı Nəzrin Nəcəfova da olub.
Xatırladaq ki, Məmmədoğlunun övladının ailə qurması ilə bağlı ilk xəbəri “Show news” səhifəsi yayıb.