ARB-də yayımlanan “Həmin Zaur” verilişində qonaq olan aktyor Elcan Rəsulov Əməkdar artist Ağalar Bayramovu parodiya edib.
Ağalar Bayramov aktyorun onu parodiya etməsinə sərt reaksiya verib.
“Belə parodiya olmur, bu düşüklüyün pik həddidir! Edə bilmirsən, etmə. Ağalar Bayramovu parodiya etmək hər oğulun işi deyil! Ağaları parodiya etmək üçün onun iç dünyasına varmaq gərəkdir! Buna isə dərin zəka, kamal gərəkdir… O da ki….”, – deyə Əməkdar artist tənqid edib.
Buna cavab olaraq Elcan Rəsulov özünün “Facebook” səhifəsində bu sözləri yazıb:
“Ağalar Bayramov, əslində mən sizi iki il qabaq parodiya etmişdim və siz də buna etiraz etməmişdiniz. Parodiya sözünü eşidəndə getmədiyim efirlər var. Gələk sizin “alınmadı” dediyiniz verilişə. Bəli orada alınmadı. “Nəyə gülür özü də bilmir” dediyiniz Dilarə xanım da gördü mənim oradakı etirazlarımı. Hər halda alınmasa belə, sizdən heç vaxt heç nə yazmayan saytların belə adınızın qələmə almasına yardımçı oldum. İndi gələk mənim sənətim və aktyorluq fəaliyyətimə.
Hələ camaatın məni tanımadığı vaxtlarda siz artıq məni yaxşı tanıyırdınız. Sizdən yaşda iki dəfə balaca olsam da, hər halda mənim artıq iki obrazım tamaşaçıların yadında uğurlu obraz kimi qalıb. Baxmayaraq ki, o tamaşaçılar sizin bir obrazınızı belə tanımırlar, nəinki adını bilələr.
Sizdən tək fərqim odur ki, mən hələ əməkdar artist deyiləm. O da çox keçməz sevindirərəm sizi. Amma bütün bunların fonunda mən sizdən üzr istəyirəm, bağışlayın, bir daha təkrar etmərəm.
Çünki siz məndən çox böyüksünüz. Hətta mənim 14 il qabaq dünyasını dəyişmiş atamdan da böyüksünüz. Mənim nə həddimədir ki, böyüklərin sözündən çıxım. Zauru da tənbeh edəcəyəm.
Məni yeni premyerası olmuş “5 BETƏR” filmindən danışmaq adıyla çağırıb orada məndən parodiya istədiyi üçün. Yeri gəlmişkən, bu filmdə də baş rolda oynamışam, Ağalar müəllim. Vallah yayın istisində çox böyük əziyyətlə işləmişik. Eybi yox, mən sizin yerinizə işləyim, siz bizim yerimizə utanın, Ağalar müəllim”.
Follow @7timesaz