Əlcəzairin hökumət Milli Xalq Ordusunun (MXO) hərbçiləri Taçeta-Zuqağa rayonunda (Əyn-Dəfla vilayəti) əməliyyat zamanı üç terrorçunu məhv ediblər.
7Times.az xəbər verir ki, bu barədə Əlcəzair Milli Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Məlumata görə, əməliyyat zamanı MXO hərbçiləri yaraqlıların silah-sursatını – iki Kalaşnikov avtomatı, onlara aid beş daraq və digər döyüş sursatını müsadirə ediblər. Ordu ölkənin bütün ərazisində qalan terrorçuları tam məhv edilənə qədər təqib etmək əzmində olduğunu vurğulayıb.
Follow @7timesaz