Maqazin

“Elçim də, nişanlım da olub, amma…” – Pərvin ağladı

“Elçim də, nişanlım da olub, amma…” – Pərvin ağladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aktrisa Pərvin Abıyeva ilk dəfə şəxsi həyatı ilə bağlı açıqlamalar verib.

Axşam.az xəbər verir ki, TikTok-da canlı yayım açan aktrisa özünü ailəsinə qurban verdiyini bildirib və göz yaşlarını saxlaya bilməyib:

“İlk dəfədir deyirəm, bunu bir də danışmayacağam. 32 yaşım var, həyatımı ailəmə qurban vermişəm. Elçim də, nişanlım da olub. Məni başqa cür tanıya bilərlər. Ərə getseydim ailəmə, kiçik qardaşıma heç kim baxmayacaqdı. Atam yanımızda yox idi. Onları böyütmək üçün, yaxşı yaşasınlar deyə, özümü qurban vermişəm. Pisəmsə, qoy olum. Nə etmişəmsə, onların yaxşı yaşaması üçündür”.

Qeyd edək ki, Pərvin bu sözləri model Səmra Hüseynovaya əsəbiləşdiyi üçün deyib.