Ölkə

Eldəniz Baxışov stasionar postda SAXLANILDI – RƏSMİ

Eldəniz Baxışov stasionar postda SAXLANILDI – RƏSMİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində sentyabrın 5-də saat 22 radələrində Bakı-Qazax yolunun 189-cu kilometrliyində yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin stasionar postunda Cinayət Məcəlləsinin 306-cı (Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) maddəsi ilə axtarışda olan Eldəniz Baxışovun idarə etdiyi “Toyota” markalı avtomobil saxlanılıb.

 

Bu barədə 7Times.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

O, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilib.

 

Polis əməkdaşları tərəfindən avtomobildə olan sərnişin – Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş M.Hacıyevin isə narkotik vasitənin təsiri altında olması şübhə doğurduğundan o da polis şöbəsinə təhvil verilib. Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar olunaraq götürülüb.