İdman

“Elə bildim zarafat edirlər, axı tanınmış klubdur” – “Qarabağ”ın albaniyalı yeni transferi

“Elə bildim zarafat edirlər, axı tanınmış klubdur” – “Qarabağ”ın albaniyalı yeni transferibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ”ın albaniyalı yeni transferi Redon Cica ölkəsinin mətbuatına müsahibə verib.

25 yaşlı hücumçu Ağdam klubuna keçidi barədə növbəti dəfə danışıb:

“Qarabağ”dan təklif gələndə bunun zarafat olduğunu düşündüm. Bir gün agentim dedi ki, artıq müqavilə imzalanıb. Bundan sonra hər şeyin ciddi olduğunu başa düşdüm. Düzgün seçim etdiyimi düşünürəm. Çünki “Qarabağ” Avropada tanınmış komandadır. Azərbaycanda isə bir nömrədir”. 

Cica Azərbaycan və Albaniya futbolunu müqayisə edib: “Burada futbol daha sürətli və texnikalıdır. Albaniyada isə çox vaxt heç-heçəyə oynayırlar, sürət aşağı olur. Azərbaycan Premyer Liqasında oyun tempi yüksəkdir. Buna görə də meydanda daha çox boş sahə tapmaq olur. Bu mənada, iki ölkə futbolu arasında böyük fərq var”.

Redon Cica Konfrans Liqasında Belçika “Gent”inə qarşı  pley-off oyunu barədə isə deyib: “Fərqli emosiyalar yaşadım. Mən meydana çıxanda komandamız hesabda öndə idi. Ona görə də daha təmkinli oynadıq. İki dəfə qol vurmaq üçün şansım oldu. Birində top qapı tirinə dəydi. Şans mənim tərəfimdə deyildi. Odur ki, edə biləcəyim bir şey yoxdur. İnanıram ki, tezliklə qollarımı vuracağam”.

Qeyd edək ki, “Qarabağ” bu qış Redon Cica ilə 2026-cı ilin iyununa qədər müqavilə imzalayıb.