“İbrahimin dostlarından biri zəng edib demişdi ki, gəl dostlarla yığışaq bir-iki günlük, gedək rayona. İbrahim onda dedi ki, “Rəis” (Aydan Axundzadəni nəzərdə tuturdu – red.) qoymaz yəqin”.
7Times.az xəbər verir ki, bunu “Zaurla Günaydın” verilişində qonaq olan Əməkdar artist Çingiz Əhmədovun aktyor oğlu İbrahim Çingizin aktrisa həyat yoldaşı Aydan Axundzadə deyib.
Aydan efirdə 4 aylıq evlilik həyatları barədə bunları deyib:
“Onda İbrahimdən soruşdum ki, nə olub? Qayıtdı ki, “heçnə, rayona getmək istəyirik dostlarla”. Mən də dedim “Gedin də, gedin dincəlin”. İbrahim də dostuna dedi ki, bizdə belədir. Dostu təəccüblənərək bildirdi ki, “Sənin bəxtin gətirib. Necə evlənmisənsə, arvadın soruşmur “niyə gedirsən, kimlə gedirsən”. Mən də onda dedim ki, evlənəndə elə evlənmək lazımdır ki, istənilən təklifə açıq olasan. Təbii ki, evlilik həyatını nəzərə alaraq istənilən təklifə. Özü də təsdiq edə bilər ki, biz evlənəndən bəri bir dəfə də olmayıb ki, mən ona zəng edib deyim ki, “hardasan, nə vaxt gələssən evə?”. Rahatdır, çünki harasa gedəndə deyir ki, mən filan yerdəyəm filankəslə, biraz gec gələcəm. Rahat ol”. Mən o zaman ona zəng etmirəm, arada bir soruşa bilərəm ki, “yemək yemisən, yaxşısan?””.