Maraqlı

Elektriklə işləyən təyyarə ilk uçuşunu ETDİ – VİDEO 

Elektriklə işləyən təyyarə ilk uçuşunu ETDİ – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Eviation” şirkətinə məxsus “Alice” adlandırılan, elektrik mühərriklə işləyən sərnişin təyyarəsi ilk uçuşunu həyata keçirib. İki mühərrikli təyyarə 1050 metr yüksəkliyə qalxa bilib.  

Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, “Alice” birdəfəyə  400-500 km məsafəni qət etmək imkanına sahibdir. Təyyarənin sürəti 500 km/saat, yükgötürmə qabiliyyəti isə 1000 kq-dır. “Eviation” şirkətindən verilən açıqlamaya əsasən, təyyarənin ilk tədarükü 2027-ci ildə olacaq.

Təyyarənin texniki imkanlarının təkmilləşdirilməsindən sonra onun uçuş məsafəsi 800 km-ə qədər artırılacaq.