Aparıcı Elgiz Əkbərə oğurluq saat satıblar.
7times.az xəbər verir ki, o, bu haqda “Elgizlə izlə” proqramında danışıb. Aparıcı bildirib ki, bəyəndiyi saatı alıb, sonra isə onun oğurluq olduğunun üstü açılıb:
“Maşında oturub bir nəfər gözləyirdim. Yaxşı geyinən cavan oğlan mənə yaxınlaşdı ki, saat satıram. Qolundan açıb, göstərdi. Xoşuma gəldi, dedi 80 manatadır. Dedim nə? Qayıtdı 60 manat. Sonda 50 manata aldım və qoluma taxdım. Birdən qaça-qaça başqa oğlan gəldi ki, saatı siz aldınız? Dedi ki, o, girib bir mağazadan oğurlayıb, adamlar da tutublar onu. Bildirib ki, sizə satıb. Mən də dedim, 50 manatımı verin, sonra. Pulumu aldım və saatı qaytardım”.
Follow @7timesaz