Aparıcı Xoşqədəm Hidayətqızı “Xəzər TV” ilə yollarını ayırıb.
7Times.az yenisabah-a istinadən xəbər verir ki, o, işdən çıxdıqdan sonra onun “Səni axtarıram” layihəsinin üzvləri də kanaldan ayrılıblar.
Xoşqədəm Hidayətqızının hansı kanalda çalışacağı ilə bağlı bir neçə gündür müzakirələr gedir.
Onun ARB TV ilə işbirliyinə başlayacağı deyilsə də, kanal rəsmi açıqlama yayaraq belə bir fikrin olmadığını açıqlayıb.
Əldə etdiyiniz məlumata görə, teleaparıcıya ARB telekanalında həmkarı Elgiz Əkbərlə çalışmaq təklif olunsa da, Elgiz buna razılıq verməyib.
Hazırda Hidayətqızının hansı telekanalda çalışacağı ilə bağlı məlumat yoxdur.
Xatırladaq ki, 2015-ci ildə də Elgiz Əkbər Xoşqədəm Hidayətqızı ilə birlikdə təqdim etdiyi “Sən tək deyilsən” verilişindən imtina etmişdi.
Follow @7timesaz